Azərbaycanda 2024-cü ilin aprelində tikintidə istifadə edilən bir sıra mühüm materialların qiymətləri illik müqayisədə bahalaşıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Həmin materiallardan parket, sulu boya, pəncərə şüşəsi, divar kağızları və onlar üçün yapışqan, sement kimi materiallar isə illik mübahisədə bahalaşıb.
Bahalaşma isə ən çox parket (8,3%), sulu boya (8%), pəncərə şüşəsi (5,5%) və divar kağızlarında (5,3%) müşahidə olunub.
İllik müqayisədə qiyməti aşağı düşmüş kəsilmiş taxta, ağac lifli lövhə, ağac yonqar lövhə, keramik plitə yapışdırcısı aylıq müqayisədə bahalaşıb.
Sementin qiymətində aylıq 1,4%, illik isə 3,6% bahalaşma müşahidə edilir.
Kəsilmiş taxtaların qiyməti son bir ildə 4,7% ucuzlaşsa da, son bir ayda 0,9% bahalaşıb.
Laminat parketinin qiymətində illik 0,2% ucuzlaşma, aylıq 0,3% bahalaşma baş verib.
Parketin, kanalizasiya borusunun, polietilen su borusunun və parket üçün lakın qiymətində son bir ayda heç bir dəyişiklik olmayıb.
Daha ətraflı aşağıdakı cədvəldə:
Məhsulun adı |
Ölçü vahidi |
2024 aprel |
2024 mart |
2023 aprel |
aylıq müqayisə |
aylıq faizlə müqayisə |
illik müqayisə |
illik faizlə müqayisə |
Parket |
1 kv, m |
41,13 |
41,13 |
37,99 |
0 |
0,00% |
3,14 |
8,27% |
Sulu boya |
1 litr |
3,55 |
3,54 |
3,29 |
0,01 |
0,28% |
0,26 |
7,90% |
Pənсərə şüşəsi |
1 kv, m |
16,67 |
16,63 |
15,8 |
0,04 |
0,24% |
0,87 |
5,51% |
Divar kağızı üçün yapışqan |
1 kq |
25,3 |
25,41 |
24,03 |
-0,11 |
-0,43% |
1,27 |
5,29% |
Divar kağızları |
1 rulon |
22,42 |
22,66 |
21,4 |
-0,24 |
-1,06% |
1,02 |
4,77% |
Vanna |
1 ədəd |
302,92 |
302,42 |
290,27 |
0,5 |
0,17% |
12,65 |
4,36% |
Sement |
50 kq |
8,93 |
8,81 |
8,62 |
0,12 |
1,36% |
0,31 |
3,60% |
Kanalizasiya borusu |
1 metr |
2,37 |
2,37 |
2,32 |
0 |
0,00% |
0,05 |
2,16% |
Plastik pəncərə |
1 kv, m |
108,06 |
108,12 |
105,96 |
-0,06 |
-0,06% |
2,1 |
1,98% |
Unitaz |
1 ədəd |
137,75 |
137,66 |
136,55 |
0,09 |
0,07% |
1,2 |
0,88% |
Metal kirəmit |
1 kv, m |
12,67 |
12,62 |
12,58 |
0,05 |
0,40% |
0,09 |
0,72% |
Polietilen su borusu |
1 metr |
1,77 |
1,77 |
1,76 |
0 |
0,00% |
0,01 |
0,57% |
Parket üçün lak |
1 litr |
7,65 |
7,65 |
7,62 |
0 |
0,00% |
0,03 |
0,39% |