Belarus və Azərbaycan əməkdaşlığa dair yeni sənədlər imzalayıblar
Gəncədə Avropa keyfiyyətli alman traktorları yığılacaq – RAZILIQ İMZALANDI
Bakıda keçirilən ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının yekunları üzrə Belarus və Azərbaycan arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.
FED.az Belarus hökumətinin mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, sənədlərin əksəriyyəti istehsal sektorunda əməkdaşlığa aiddir.
"Mogilevliftmaş" (Belarus) və "Ulu Göyçə" (Azərbaycan) arasında 2023-2024-cü illər üçün Azərbaycanda liftlərin yığılması zavodunun yaradılması üzrə "yol xəritəsi" imzalanıb.
Belarusun avtomobil istehsalçısı MAZ və Azərbaycanın "Turan" şirkəti arasında MAZ məhsullarının Azərbaycan bazarında təşviqini və ona texniki xidmət göstərilməsini nəzərdə tutan diler müqaviləsi bağlanıb.
Digər sənəd "Kozlov adına Minsk Elektrotexnika Zavodu" (Minsk) ilə "Azmetz" (Azərbaycan) arasında elektrik məhsullarının tədarükünə dair müqavilədir.
Belarusun İdman və Turizm Nazirliyi ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi arasında 2023-2025-ci illər üçün bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq proqramı imzalanıb.
Ticarət-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclasının yekunu üzrə müvafiq protokol da imzalanıb. (Marja)