Yaxın vaxtlarda Azərbaycanda Türkiyənin məşhur pilotsuz uçuş aparatları – «Bayraktar»ların istehsalına başlana bilər.
FED.az- xəbər verir ki, aprelin 27-də Türkiyədə keçirilən «Teknofest» tədbiri çərçivəsində Türkiyə ilə Azərbaycan arasında pilotsuz uçuş aparatlarının istehsalı sahəsində əməkdaşlıq barədə niyyət protokolu imzalanıb.
Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “Baykar” şirkəti arasında imzalanan niyyət prookolu Azərbaycanda pilotsuz uçuş aparatlarının birgə istehsalına dair əməkdaşlığı nəzərdə tutur.
Sənədi “Baykar”ın baş direktoru Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini Aqil Qurbanov imzalayıblar.