Sumqayıt Kimya Sənaye Parkının rezidenti - "Azərsulfat" MMC amonium sulfat gübrəsinin istehsalını planlaşdırır.
Azərbaycan Polşa, İsrail və Yunanıstana azot gübrəsi ixrac etməyə - BAŞLAYIB
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin direktoru Emin Quliyev bildirib.
"Zavodumuz 100 %-lik istehsal gücünə çatdıqdan sonra onun böyüdülməsi, gücünün bir qədər də artırılması, sulfat turşusundan başqa digər məhsulların istehsalı , o cümlədən amonium sulfat gübrəsinin istehsalı planlaşdırılır. Azərbaycana hər il 3-4 min ton amonium sulfat gübrəsi gətirilir. Hazırda dünya bazarında bu gübrənin qiyməti çox artıb", - deyə o qeyd edib.
Bundan başqa, E.Quliyevin sözlərinə görə, sulfat turşusunun istehsalı üçün lazım olan kükürd ölkəyə xaricdən gətirilir və xaricdəki bahalaşma yerli məhsulun maya dəyərinə də təsir göstərir: "Bununla belə, əvvəllər ölkəyə idxal edilən sulfat turşusu ilə müqayisədə yerli istehsal ucuz başa gəlir. Dövlət Neft Şirkətində (SOCAR) modernizasiya işləri bitəndən sonra kükürd yerli istehsal hesabına əldə ediləcək və bu, qiymətə təsir edəcək. Sulfat turşusundan qızıl mədənlərində, SOCAR-ın korbamid zavodunda, tekstil müəssisələrində istifadə edilir". (Report)