Gələcəkdə Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) xarici tərəfdaşlarla birlikdə iqtisadiyyatın strateji əhəmiyyətli sektorlarının gücləndirilməsi və innovativ həllərin tətbiqi ilə bir sıra mühüm layihələr həyata keçirməyi planlaşdırır.
164 milyon dollara Yevlax, Xankəndi və İmişlidə toxuculuq fabriki, tekstil klasterləri yaradılacaq
FED.az-a bu barədə Azərbaycan İnvestisiya Şirkətindən bildirilib.
Qeyd edilib ki, Avstriyanın “Grabher Group” şirkəti ilə birlikdə tibb və gigiyena kimi önəmli sahələrdə istifadə üçün beynəlxalq standartlara cavab verən qabaqcıl materiallara çıxışı təmin edəcək innovativ “ağıllı” tekstil məhsullarının istehsalı layihəsinin həyata keçirilməsi planlaşdırılır.