Pandemiya ilə əlaqədar olaraq Azərbaycana indiyədək idxal olunan tibbi maskaların sayı açıqlanıb.
Eləcə də bax: Azərbaycanda ötən ay 3,3 mln. tibbi maska - İstehsal Edilib
FED.az xəbər verir ki, hökumətdən bildirilib ki, 2020-ci ilin 5 mart tarixindən ilin sonunadək ölkəyə təqribən 26,7 milyon ABŞ dolları dəyərində tibbi maska və respirator idxal edilib:
Həmçinin bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən əsas aptek şəbəkələrində 77,6 milyon ədəddən çox tibbi maska satılıb.
Qeyd edək ki, indiyədək ölkəmizdə 38,6 milyondan çox tibbi maska istehsal olunub. (Report)