2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 24 649,9 ton kərə yağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 1 945,3 ton və ya 8,6% artıb.
Ötən ilin yanvar-noyabr aylarında 22 704,6 ton kərə yağı istehsal edilmişdi.
Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı isə 37,5 ton təşkil edib.
Hazır məhsul ehtiyatı 38,7 ton, yəni 23,7% azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 61,2 ton olub.