Azərbaycanda iri çəkili qızıl külçələrin istehsalı və satışı başlayıb.
“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu külçələr ölkənin əsas qızıl hasilatçısı və istehsalçısı «AzerGold» şirkəti tərəfindən həyata keçirilir.
Bir qədər əvvəl 1 qramlıq qızıl külçələrin satışına başlayan şirkət, eyni zamanda yerli alıcılara 500 qramlıq və 1 kiloqramlıq külçələr təklif edir.
Çəkisi 500 qram olan külçələrin ölçüləri 91.00 mm x 41.50 mm x 7.50 mm təşkil edir. Qızılın əyarı isə ən yüksək – 999,9-dur. Yarım kiloluq külçələr 119 795 manata təklif edilir. Burada qızıın qramı 239.6 manat təşkil edir.
Çəkisi 1 kiloqram olan külçələrin ölçüləri isə 117.50 mm x 52.00 mm x 9.00 mm təşkil edir. Qızılın qramı ən yüksək – 999,9-dur. 1 kiloqramlıq külçələr 239 105 manata təklif edilir. Burada qızılın qramı 239,1 manat təşkil edir.
Xatırladaq kи, son aylar dünya bazarında qızılın qiymətinin kəskin bahalaşması fonunda, fiziki qızıla investisiya da etibarlı sərmayə aləti sayılır. “AzerGold”un 1 kiloqramlıq külçələri də, məhz bu şəraitdə, qızıla investisiya etmək imkanı yaratmaqla fərqlənir.
500 və 1000 qramlıq külçələri “AzerGold”un rəsmi satış nöqtəsi olan – Satış və mübadilə mərkəzindən və onlayn platforması olan www.azergold.gift vasitəsilə almaq olar.












