Sumqayıt Texnologiyalar Parkı (STP) və Türkiyənin iri sənaye qrupu olan Kibar Holding-ə aid Assan Panel Sanayı ve Ticaret A.Ş. (Assan Panel) şirkəti sendviç panellərin və tamamlayıcı məhsulların istehsalı üzrə birgə müəssisə yaratmaq məqsədilə müqavilə imzalayıblar.
Eləcə də bax: Sumqayıt Texnologiyalar Parkı ölkəyə xarici sərmayə cəlb edib
FED.az xəbər verir ki, STP-dən verilən məlumata görə, "ASSAN-STP PANEL" adı altında fəaliyyət göstərəcək şirkət STP-nin Sendviç Panelləri Zavodunun bazasında yaradılacaq.
Birgə müəssisə Gürcüstan, Rusiyanın Cənub bölgəsi və Orta Asiya ölkələrinə satış həyata keçirməyi hədəfləyir. Yaradılacaq müəssisə Kibar Holding-in “Assan Panel” brendi ilə yanaşı yeni brendlər altında yüksək keyfiyyətli, geniş çeşiddə panel və tamamlayıcı məhsullar istehsal edəcək. İllik istehsalın 2 milyon kvadrat metr olacağı planlaşdırılır. (Apa)