Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “TUSAŞ” şirkəti arasında "Su-25" qırıcılarının modernizasiyasına dair anlaşma imzalanıb.
FED.az xəbər verir ki, imzalanma mərasimi İstanbulda keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində baş tutub.
Sənədi Azərbaycan müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov və “TUSAŞ” şirkətinin baş meneceri Temel Kotil imzalayıblar.