“Azərbaycanla Türkiyənin açacağı 4 müəssisələrdən birinin yaradılması ilə bağlı ilkin işlərə başlanılıb”.
Eləcə də bax: Prezidentdən Ağdam Sənaye Parkının yaradılması ilə bağlı - FƏRMAN
FED.az xəbər verir ki, bunu “Bakı Tekstil Fabriki” MMC-nin direktoru Səkinə Babayeva bildirib.
O deyib ki, hazırda həmin müəssisənin biznes-planı hazırlanır: “Türkiyədən Azərbaycana mütəxəsislər gəlmişdilər. İqtisadiyyat Nazirliyi yanında Sahbkarlığın İnkişafı Fondunun rəsmiləri ilə görüş keçirilib və müzakirələr aparılıb”.
S.Babayeva xatırladıb ki, həmin müəssisələr Sumqayıt Kimya-Sənayə Parkında yaradılacaq.
Onun sözlərinə görə, Türkiyə tərəfi isə müəssisə üçün lazımi avadanlığın istehsalı ilə bağlı işlərə başlayıb: “İki aydan sonra müəssisənin inşasına başlanılması gözlənilir. İlk yaradılacaq müəssisə tikiş emal sənayesi üzrə olacaq”.
Xatırladaq ki, bu ilin fevralın 18-də Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib. Biznes forum çərçivəsində “Bakı Tekstil Fabriki” MMC ilə “Bakü Örme Kumaş Sanaye ve Ticaret LTD” şirkəti, “Bakı Tekstil Fabriki” MMC-nin törəmə müəsisəsi olan “Beteks” şirkəti ilə Türkiyənin “Koçaklar Tekstil” müəssisəsi arasında müqavilə imzalanıb. Həmin müqavilərə görə, Azərbaycanla Türkiyə arasında 4 müəssisə açılacaq. (Report)