Azərbaycanda faydalı qazıntıların hasilatı üzrə göstəricilər 2025-ci ilin ilk üç ayında parlaq nəticələr vəd edir. Bu dövrdə qızıl, gümüş və mis kimi dəyərli metalların istehsalında ciddi artım müşahidə olunub.
Azərbaycanda aqrar sektor 2%-ə yaxın böyüyüb
Bu barədə FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Statistik məlumatlara görə, qızıl hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 75 faizdən çox artaraq 749,4 kiloqrama yüksəlib. Bu, son dövrlərin ən yüksək göstəricilərindən biri hesab oluna bilər. Hazırda ölkədə qızıl ehtiyatı 100,1 kiloqram təşkil edir.
Gümüş hasilatında da diqqətəlayiq yüksəliş baş verib. 2025-ci ilin yanvar-mart aylarında ölkədə 1135,9 kiloqram gümüş hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Gümüş ehtiyatı isə 685,9 kiloqram səviyyəsindədir.
Mis konsentratı hasilatı 531,3 ton olub və bu məhsul üzrə də artım müşahidə olunub – əvvəlki illə müqayisədə 9,8 dəfə. Hazır məhsul ehtiyatı isə 176,4 ton təşkil edir.
Bu artım ölkənin yeraltı sərvətlərindən daha səmərəli istifadə olunduğunu göstərməklə yanaşı, ixrac potensialına da müsbət təsir edə bilər.