Azərbaycan və Belarusun iş adamları Türkiyədə traktor istehsalı ilə məşğul olacaq zavod açmağa hazırlaşırlar.
FED.az xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, bu barədə Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri Xanlar Fətiyev Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 11-ci iclasından əvvəl bildirib.
O, Azərbaycan-Belarus birgə müəssisənin gələn ilin I rübündən istehsala başlayacağını qeyd edib: "Traktor zavodu ilə bağlı işlər hazırda son mərhələdədir. Gələn ilin I rübünün sonuna qədər ilk yığımı həyata keçirməyi planlaşdırırıq. Zavodda ilkin mərhələdə ildə 2 500 ədəd traktor yığılacaq. Tədricən bu rəqəm 5 000-ə çatdırılacaq".