Alman-Azərbaycan Xarici Ticarət Palatasının iştirakı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə və Almaniyanın “Lingl Anlagenbau GmbH” şirkətinin layihələr üzrə satış meneceri Franco Eustacchio arasında işgüzar görüş keçirilmişdir.
Eləcə də bax: Ağdam Sənaye Parkının rezidentləri tikinti işlərinə - BAŞLAYIB
FED.az xəbər verir ki, “Azərbaycan Sənaye Korporasiyası”nln yaydığı məlumata görə, görüş zamanı “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus kərpic istehsalı müəssisəsində istehsal gücünün artırılması, effektivliyin yüksəldilməsi, alman nou-hausunun (know-how) tətbiqi, eləcə də mühəndislik xidmətlərindən istifadə olunma perspektivləri müzakirə edilmişdir.
Sonda “Lingl Anlagenbau GmbH” şirkətinin nümayəndəsinin kərpic istehsalı fabrikinə səfəri razılaşdırılmış və eyni zamanda hər iki tərəfin gələcək əməkdaşlıqla bağlı həyata keçirəcəyi işlər planlaşdırılmışdır.