"Azərbaycan İnvestisiya Şirkəti" ASC və Türkiyənin "Gürok Group" şirkətlər qrupu arasında ölkəmizdə və xaricdə qida və içki istehsalçılarının tələbatını qarşılamaq məqsədilə Azərbaycanda şüşə taraların istehsalı zavodunun tikilməsi imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb.
İmişlidə pivəlik arpa emalı zavodunun - TƏMƏLİ QOYULDU - FOTOLAR - YENİLƏNİB
FED.az xəbər verir ki. bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Dünyanın 5-ci böyük şüşə məmulatları istehsalçısı olan "Gürok Group" şüşə tara, kirəmit, sənaye avadanlığı istehsalı, inşaat və #turizm kimi müxtəlif sahələrdə fəaliyyət göstərir.
Şüşə tara və süftə qabları sənayesində fəaliyyət göstərən "Gürok" Kütahyada istehsal müəssisələrinə malikdir. Şirkət məhsullarını 140-dan çox ölkəyə ixrac edir.