İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Alco” MMC tərəfindən bir sıra ölkələrə sürtkü yağlarının ixracına başlanılıb.
Eləcə də bax: Azərbaycan şirkəti Avropa ölkələrinə sürtkü yağlarının ixracına - BAŞLAYIB
Agentlikdən FED.az-a daxil olmuş məlumatda bildirilir ki ki, şirkət tərəfindən ilk dəfə olaraq Ruminiya, Çexiya, Latviya, Litva və İordaniyaya sütkü yağları ixrac edilib. Bu ölkələrə il ərzində 10 min tondan çox məhsul göndərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “ALCO” MMC 150 növdən çox sürtkü yağının istehsalını həyata keçirir. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, dünyanın 30-dan çox ölkəsinə “Made in Azerbaijan” brendi adı ilə ixrac edilir.