Azərbaycanda sənaye parklarına yatırılan hər bir dollar investisiya sonra 4 dəfə çox gəlir gətirəcək.
Hacıqabul Sənaye Məhəlləsində yeni müəssisə - 1500 YENİ İŞ YERİ AÇILIR
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda bildirib.
"Sənaye parkları qeyri-neft-qaz sektorunun inkişafında mühüm yer tutur. Orada istehsal olunacaq məhsullar əsas inkişaf indikatorlarından birinə çevriləcək", - deyə o qeyd edib.
Birbaşa xarici investiyaların əhəmiyyətindən danışan E.Nuriyev onların özü ilə təcrübə və dayanıqlılıq gətirdiyini vurğulayıb. (Report)