Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının, qurumun sədri Natiq Əmirovun sədrliyi ilə videokonfrans formatında növbəti iclası keçirilib.
Tatarıstan nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub - FOTOLAR
FED.az bu barədə Korporasiyaya istinadən xəbər verir.
Məlumata görə, iclasda səhmdar cəmyiyətinin əsas fəaliyyət istiqamətlərindən biri olan alüminium sənayesinin inkişaf perspektivləri, bu sahəyə xarici investorların cəlb edilməsi və Korporasiyanın birgə layihələrdə payçı kimi iştirakı, qurumun əməkdaşlarının stimullaşdırılması tədbirləri, Korporasiyaya məxsus “ASK Tütün” və “ASK Aqro” MMC-lərin gələcək fəaliyyət planları müzakirə edilib, Baş direktor Kamran Nəbizadə və digər vəzifəli şəxslərin məruzələri dinlənilib, cari məsələlər müzakirə olunaraq, müvafiq qərarlar qəbul edilib.