22 Sentyabr 2022-ci il tarixində Dövlət Vergi Xidməti "İnteral" MMC-ni dövlət qeydiyyatına alıb.
Eləcə də bax: Bu şəxs Milli Məclisdə yeni yaradılan şöbənin müdiri - TƏYİN EDİLDİ
FED.az xəbər verir ki, diqqəti çəkən bu şirkətin Müşahidə şurasının üzvlərinin ikisinin Azərbaycanda tanınmış şəxslər olmasıdır.
Belə ki, nizamnamə kapitalı 10 min avro olan "İnteral" MMC-nin qanuni təmsilçisi Türkiyə vətəndaşı Car Ermandır. Müşahidə şurasının üzvləri isə Nəbizadə Kamran Teleman oğlu, Cavadov Maksim Yaqub oğlu, Wilbers Rolf Heino, Erol Ayçin və Kreitzberg Markdır.
Nəbizadə Kamran Telman oğlu “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Baş direktorudur. Cavadov Maksim Yaqub oğlu isə “ASNAF” Sənaye Şirkəti MMC-nin Baş direktorudur.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, İzmir ev.14-dür. (Marja)