“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus, İqtisadi Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balansında olan 8 şirkət özəlləşdirməyə çıxarılacaq”
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məslisin bu gün keçirilən plenar iclasında - “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində bildirib.
O, həmçinin deyib ki, dövlət müəssisələrinə özəlləşdirilməsi məsələsinə yanaşma eyni deyil: “Bəzi dövlət müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin tərkibinə verilib. Digər dövlət müəssisələrinə isə onların xüsusiyyətləri, ölkə iqtisadiyyatının inkişafına rolları nəzərə alınmaqla, dövlət maraqları gözlənilməklə xüsusi yanaşmalar tətbiq olunur”, - deyə o qeyd edib.