“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tərkibində olan “Azəripək” MMC-nin rəhbərliyi dəyişib.
Eləcə də bax: “Silk Vey Holdinq”də - KADR DƏYİŞİKLİYİ
Korporasiyadan FED.az-a bildirilib ki, müəssisənin direktoru Nizami Qəribov vəzifəsindən azad edilib, şirkətə rəhbərlik Zaur Yaqubova həvalə olunub.
Xatırladaq ki, “Azəripək” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,2 milyon manatdır.
Müəssisə 5 əsas istehsal sahələrindən ibarətdir: baramadan xam ipəyi açan, toxucu, boyaq-bəzək, pambıqəyirici və burucu. Müəssisədə quraşdırılmış Almaniya, Polşa, Hollandiya istehsalı olan avadanlıqlarda yüksək keyfiyyətli xam ipək, ipək şərflər, ipək kəlağayılar və pambıq iplik istehsal olunur. İstehsal olunan məhsullar Rusiya, Türkiyə, İran və Türkmənistana ixrac olunur. (Report)