“Azərbaycan Sənaye Korporasiyası” ASC (ASK) şüşə istehsalı üzrə avadanlıq və ehtiyat hissələrinin satın alınmasına 581 min manatdan artıq vəsait yönəldəcək.
FED.az xəbər verir ki, avadanlığın tədarükünü "Azchem" MMC həyata keçirəcək. Cəmiyyət ilə müvafiq müqavilə imzalanıb. Həmçinin müqavilə avadanlığın sazlanması və istifadəyə hazırlığının yoxlanılmasını nəzərdə tutur.
Eləcə də bax: Məşhur zavod ad dəyişdi - AÇIQLAMA
Müqavilənin dəyəri 581,702 min manatdır.
Azərbaycan prezidenti İlham Əliyev 6 noyabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaradılması haqqında fərman imzalayıb. “Azərbaycan Sənaye Korporasiyası” dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 500 mln. manat təşkil edir.
“Azərbaycan Sənaye Korporasiyası” şüşə istehsalını təkmilləşdirir
16:27
4 Yan 2019