Azərbaycan ilə Rusiyanın Sankt-Peterburq şəhəri gəmiqayırma sahəsində əməkdaşlıq edərək birgə istehsal prosesinə başlaya bilərlər.
Mikayıl Cabbarov Sankt-Peterburqun qubernatoru ilə görüşüb - FOTOLAR
FED.az xəbər verir ki, bu sözləri Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Bakıda “Sankt-Peterburq və Azərbaycan: Əməkdaşlıq üfüqlərinin genişləndirilməsi” mövzusunda keçirilən biznes forumdakı çıxışında deyib.
O qeyd edib ki, gəmiqayırma sahəsində əməkdaşlıq haqqında Rusiya ilə Azərbaycan arasında ötən il saziş imzalanıb.
“Bakıda və Sankt-Peterburq şəhərlərində gəmiqayırma zavodları var ki, bunlarında birgə istehsalı nəticəsində müxtəlif təyinatlı gəmilər istehsal etmək olar. Artıq hər iki ölkənin mütəxəssisləri qarşılıqlı faydalı əməkdaşlıq barəsində müzakirələr aparırlar”, - deyə Ruslan Mirsayapov əlavə edib.