Azərbaycan 2018-ci ildə Rusiya və Anqola ilə yanaşı, Portuqaliyaya üç ən iri neft ixracatçısından biri olub.
FED.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Portuqaliyanın Energetika və Geologiya üzrə Baş Direktorluğunun (DGEG) da məlumat verilib.
2018-ci ilin məlumatına görə, Portuqaliya 12 milyon 606 min 221 ton neft idxal edib ki, bunun da 2 milyon 470 min 819,3 tonu Rusiyanın, 2 milyon 15 min 112 tonu Anqolanın, 1 milyon 668 min 641 tonu Azərbaycanın payına düşür. İlk üç ixracatçı ölkənin ardınca Səudiyyə Ərəbistanı (1 milyon 230 min 135 ton) gəlir.
Xəbər verildiyi kimi, sentyabrın 14-də pilotsuz uçuş aparatları Səudiyyə Ərəbistanının şərq hissəsindəki neft obyektlərinə zərbə endirib. Dünyanın ən iri neft emalı zavoduna və iri neft yatağına hücum nəticəsində dünyanın enerji təchizatı üçün həyati əhəmiyyətli sahədə iri yanğınlar törənib.
Dünyanın ən iri neft ixracatçısı olan Səudiyyə Ərəbistanının gündəlik neft ixracı müvəqqəti olaraq təqribən 5,7 milyon barrel azalıb. Portuqaliya Neft Şirkətləri Assosiasiyasının (APETRO) baş katibi Antoniu Komprido bu gün bəyan edib ki, yanacaq təchizatında böhran yaranmayacaq.