İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Ağdam Sənaye Parkının rezidentlərindən biri Özbəkistana divar kağızlarının ixracına başlayıb.
Ağdam Sənaye Parkının 70 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib
FED.az agentliyə istinadən xəbər verir ki, bu ölkəyə ilkin mərhələdə 1,36 milyon manatlıq məhsul göndərilməsi nəzərdə tutulub.
Divar kağızları Ağdam Sənaye Parkının 1,6 hektar ərazisində istehsal edilir. İnvestisiya dəyəri 8 milyon manat olan müəssisə Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. Müəssisə il ərzində 2,1 milyon ədəd rulon divar kağızı istehsal etmək gücündədir.