Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik Mühafizə və Xilasetmə "Secures Caspian" sərgisində "Yırtıcı" yarımavtomat snayper tüfənginin nümayişi keçirilib.
FED.az xəbər verir ki, Azərbaycan istehsalı olan 7.62x54 mm-lik snayper tüfəngi silah peyda olan, hərəkət edən, gizlənmiş tək hədəfləri məhv etmək üçün hazırlanıb. (Apa)