Neftçala Sənaye Məhəlləsinin rezidentlərindən biri Özbəkistana elektrod ixracına başlayıb.
Hacıqabulda minik avtomobillərinin istehsalı son 3 ildə 4 dəfəyə yaxın artıb
FED.az bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, şirkət 200 ton həcmində məhsul ixrac edəcək. Bu, Azərbaycanın Özbəksitana ilk elektod ixracıdır.
İstehsalçı 2021-ci ildə rezident kimi qeydiyyata alınıb. Şirkət Sənaye Məhəlləsində 2 növdə olmaqla 8 ölçüdə elektrod istehsal edir. Müəssisənin aylıq istehsal gücü 300 ton təşkil edir. İnvestisiya dəyəri 7,5 milyon manat olan zavodda 20 nəfər daimi işlə təmin edilib.