Azərbaycan hökuməti 2023-cü ildə qızıl istehsalını 3 min 104 kq səviyyəqsində proqnozlaşdırır.
FED.az xəbər verir ki, hökumətin proqnozlarına görə, 2024-cü ildə ölkədə qızıl istehsalı 3 min 123,5 kq-a qədər, 2025-ci ildə - 3 min 141,5 kq-a qədər, 2026-cı ildə - 3 min 154,5 kq-a qədər artacaq.
Beləliklə, 2023-2026-cı illərdə Azərbaycanda qızıl hasilatı 1,6% artacaq.
Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 3 min 1,5 kq qızıl hasil edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 6,1% azdır.
Hazırda Azərbaycanda qiymətli metal hasilatı ilə “AzerGold” QSC və Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti məşğul olur. (İnterfaks-Azərbaycan)