2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı sahələrində 124,1 milyon manatlıq məhsul istehsal edilib.
Eləcə də bax: «Hamı internetlə Türkiyədən geyim almağa başlayıb» - SİFARİŞLƏR İKİQAT ARTIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin yanvar-mart ayları ilə müqayisədə toxuculuq sənayesində 10,5%, geyim istehsalında 10% artım, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalında isə 60,7% azalma müşahidə olunub.
Bu ilin ilk üç ayında 30451,3 ton pambıq lifi və 7 672,5 min kv.m hazır pambıq parçalar buraxılıb ki, bu da 2019-cu ili analoji dövrü ilə müqayisədə müvafiq olaraq 8,1% az və 77% çoxdur.
Apa