“Azelektromaş” ASC 2021-ci ili 468 min manat xalis mənfəət ilə başa vurub.
FED.az şirkətin maliyyə vəziyyəti haqqında 31 dekabr 2021-ci il tarixinə olan hesabatlarına istinadən xəbər verir ki, 2020-ci illə müqayisədə 2021-ci ildə şirkətin xalis mənfəəti 7,4 dəfə artıb. “Azelektromaş” 2020-ci ili 63 min manat xalis mənfəət ilə bağlamışdı.
“Azelektromaş”ın əsas əməliyyat gəlirləri 2020-ci ildə 732 min manat ikən, 2021-ci ildə 3 milyon 201 manata yüksəlib.
“Azelektromaş”ın fәaliyyәt növü: elektron vә optik avadanlıqların tәmiridir. (Marja)