"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus “ASK Ayaqqabı Fabriki” MMC 2019-cu ili 75 min manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2018-ci ildən 162 min manat zərərlə çıxmışdı.
Eləcə də bax: “Azəripəy”in zərəri - 4 Dəfədən Çox Artıb
FED.az xəbər verir ki, 2019-cu ildə “ASK Ayaqqabı Fabriki”nin satış hesabına əsas əməliyyat gəlirləri 3 milyon 423 min manat (2018-ci ildə olmayıb), satışının maya dəyəri 2 milyon 756 min manat, inzibati xərcləri 528 min manat (2018-ci ilə nisbətən 2,9 dəfə çox), maliyyə zərəri 1 min manat (2018-ci ildə olmayıb), fövqəladə zərəri 279 min manat (2018-ci ildə olmayıb), mənfəət vergisi ödəmələri isə 63 min manat təşkil edib.
2020-ci il yanvarın 1-nə “ASK Ayaqqabı Fabriki”nin aktivləri 10,654 milyon manat olub ki, bu da illik müqayisədə 9% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 4,8 dəfə azalaraq 45 min manata düşüb, balans kapitalı isə 11% artaraq 10 milyon 608 min manata, o cümlədən nizamnamə kapitalı 11,6% artaraq 10 milyon 846 min manata çatıb.
Xatırladaq ki, "ASK Ayaqqabı Fabriki" 2018-ci ildə yaradılıb. Şirkət adından da göründüyü kimi ayaqqabı istehsalı ilə məşğuldur.(Report)