“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yeni rezidenti tərəfindən soyutma avadanlıqlarının istehsalı layihəsi həyata keçiriləcək.
Mastercard və Göygöl Şərab Zavodu “Priceless” təcrübəsini yenidən Azərbaycana gətirdi - FOTOLAR
FED.az xəbər verir ki, “Az Thermo King” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib, bununla da Parkın rezidentlərinin sayı 19-a çatıb.
Yeni rezident tərəfindən Sənaye Parkının ərazisində il ərzində 5 növdə olmaqla 3700-dək soyutma avadanlıqları istehsal etmək gücündə olan müəssisə inşa ediləcək. İnvestisiya dəyəri 8 milyon manat təşkil edən layihə çərçivəsində istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.