“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “ZF Group” MMC-yə rezident statusu verilib və bununla da şirkətlərin sayı 7-yə çatdırılıb.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlama verib.
Nazir bildirib ki, adı çəkilən şirkət tərəfindən sənaye parkının ərazisində müxtəlif çeşiddə yapışqan lentlərin istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 1 milyon manat olan müəssisədə 32 nəfər daimi işlə təmin olunacaq.