Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunda yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ilk rezidenti artıq bu il fəaliyyətə başlayacaq.
"Kamaz" "Araz Vadisi İqtisadi Zonası"nı - TƏRK EDİB
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev məlumat verib.
Onun sözərinə görə, sənaye zonasının rezidenti “Avto Lizinq Azərbaycan” MMC-nin bu ilin iyul ayında fəaliyyətə başlaması gözlənilir.
«Araz Vadisi İqtisadi Zonası»nda 2 xarici rezident var. Onlardan biri «Kamaz» şirkəti ilə Gəncə Avtomobil Zavodu arasında yaradılan «Avtolizinq Azərbaycan» servis müəssisəsidir. Bu müəssisədə işlərin 85%-i artıq yekunlaşdırılıb. Biz düşünürük ki, artıq bu ilin iyul ayında «Kamaz Avtolizinq Azərbaycan» Servis mərkəzi fəaliyyətə başlayacaq»-deyə E.Nuriyev bildirib.
Xatırladaq ki, “Avto Lizinq Azərbaycan” 2021-ci ilin oktyabr ayında “Kamaz Lizinq Azərbaycan” adı ilə yaradılıb. Bir qədər sonra şirkətin təsisçisi – Rusiyaya məxsus “KamAZ” ASC onu Azərbaycan kapitallı təsisçiyə satıb.