“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ilk müəssisənin 2023-cü ilin sonlarında işə başlayacağı açıqlanıb.
"Qarabağdakı sənaye parklarının tez bir zamanda müəssisələrlə dolacağını gözləyirik" - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında iki sahibkarlıq subyekti rezident, bir subyekt isə qeyri-rezident statusu alıb. (Trend)