"Prezident İlham Əliyevin 5-i Cəbrayıl rayonunda təməlini qoyduğu “Araz Vadisi İqtisadi Zonası”nın rezidenti olmaq istəyən daha 5 şirkət var".
Eləcə də bax: “Araz Vadisi İqtisadi Zonası”nın ilk rezidenti - Dövlət Qeydiyyatına Alınıb
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktor müavini Elxan Şiriyev deyib.
Onun sözlərinə görə, hazırda həmin şirkətlərlə danışıqlar aparılır.
"Araz Vadisi İqtisadi Zonası” Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə birləşdirəcək Zəngəzur dəhlizi istiqamətində salınan yolların üzərində yerləşir. Həmin ərazidə daha çox logistik və texniki-təmir xidmətlərinin göstərilməsi, eyni zamanda, iri ticarət mərkəzlərinin yaradılması nəzərdə tutulur. Məlum olduğu kimi, Zonanın ilk rezidenti Rusiyaya məxsus "KamAZ" ASC-nin yerli törəməsi "Kamaz Lizinq Azərbaycan" MMC-dir. Hazırda həmin şirkət ərazidə tikinti işlərinə başlamaq üçün layihələndirmə işləri aparır", - deyə E.Şiriyev qeyd edib.
Xatırladaq ki, "Araz Vadisi İqtisadi Zonası” 200 hektar ərazini əhatə edir.