20 aprel 2024-cü il tarixində “Aplus” mağazalar şəbəkəsinin kollektivi Göygöl Şərab Zavodunu ziyarət etmişdir.
FED.az xəbər verir ki, qonaqlar ekskursiya zamanı üzümün qəbulu, o cümlədən şərabın, konyak spirtinin yetişdirilməsi, araqların hazırlanması sahələrinə, eləcə də zavodun nəznində fəaliyyət göstərən spirt zavoduna baş çəkmiş, xammalın qəbulundan başlayan və hazır məhsulun qablaşdırılmasına qədər istehsal prosesinin bütün mərhələləri ilə tanış olmuşdurlar. Zavodun XVIII əsrin ortalarında əsası qoyulmuş , Qafqazda analoqu olmayan, dərinliyi 15 metrdən çox, uzunluğu 800 metr, ümumi sahəsi 6000 kvadratmetr olan qədim şərab zirzəmisi ilə tanış oldular.
Ekskursiyanın sonunda qonaqlar geniş çeşiddə şərab, araq və konyak məhsullarını dequstasiya etmiş, məhsullar və onların tərkibi barədə peşəkar mütəxəsisslər tərəfindən ətraflı məlumatlar əldə etmişdirlər.
Qədim tarixə malik olan zavod həm sənaye mütəxəssisləri, həmçinin bölgəyə səfər edən turistlər arasında məşhurluğu ilə seçilir.
Qeyd edək ki, 160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun “Xan 1860” brendi adı altında təqdim etdiyi araq, şərab, konyak və şampan məhsulları dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.