London Metal Birjasında (LME) bir ton alüminiumun qiyməti 3% artaraq 3200 ABŞ dolları həddini keçib ki, bu da 2008-ci iyulundan bəri qeydə alınan ən yüksək göstəricidir.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, alüminiumun qiyməti 2020-ci ilin aprel ayından etibarən artmağa başlasa da, ən böyük yüksəliş cari ilin sentyabr ayında, Qvineyada dövlət çevrilişi olandan sonra qeydə alınıb. Qiymət artımına həmçinin Çində enerji kömürünün qıtlığı da təsir göstərib.