Qvineyadakı siyasi qarışıqlıq, alüminium istehsalında istifadə edilən xam maddənin (boksit) tədarükə bağlı narahatlıqların artırmasına səbəb olub. Marja xəbər verir ki, alüminium qiymətləri daha da yüksəlib.
Azərbaycan alüminium ixracından gəlirlərini - 42% Artırıb
FED.az xəbər verir ki, Qvineyada ordunun bir bölməsi hakimiyyəti ələ keçirib və Konstitusiyanın qüvvəsini dayandırıb. Xüsusi qüvvələrin komandiri və qiyamçıların lideri polkovnik Mamadi Dumbu (Mamady Doumbouya), Bazar günü dövlət televiziyasından etdiyi çağırış ilə silahlı qüvvələrin özünü dəstəkləməsini istəyib. Afrika ölkəsi olan Qvineya, alüminium istehsalında istifadə edilən boksitin ən əhəmiyyətli istehsalçılarından biridir və bu ölkə Çinin boksit idxalının yarısından çoxunu qarşılayır.
Alüminium London bazarında, qlobal təşviq tədbirlərinin tələbi artırması ilə (xüsilə Çində) bu il 40% bahalşıb.
"United Co. Rusal"ın qurucusu Oleg Deripaska, "Bazar Qvineyadakı vəziyyət səbəbindən ciddi sarsıntıya uğraya bilər" deyib.
London Metal Birjasında (LME) alüminium qiymətləri 1,8% də artaraq tonu 2 min 775 dollara qədər qalxaraq 2011-ci ilin May ayından bəri ən yüksək səviyyəsini görüb. Çində müqavilələrin qiyməti 3,4% artaraq 2006-dan bu yana ən yüksək səviyyəsinə çatıb. Çinin alüminium ilə əlaqədar şirkətlərinin səhmləri də bahalaşıb. "Aluminum Corp. of China" şirkətinin səhmləri Honq Konq birjasında 10% dəyər qazanıb.
Məlumat üçün bildirək ki, Qvineyada hərbi çevriliş olub. Qiyamçıların lideri polkovnik Mamadi Dumbuya hökumətin buraxıldığını, Konstitusiyanın qüvvəsini dayandırdığını və ölkənin sərhədlərinin bağlanıldığını elan edib.
Qvineyada qiyamçıların lideri polkovnik Mamadi Dumbuya Prezident Alfa Kondenin həbs olunduğunu elan edib.
M. Dumbuya çıxışında bildirib ki, ölkədə sosial, siyasi və iqtisadi vəziyyət həddən artıq ağır olduğu üçün hərbçilər Qvineyanın gələcəyi üçün məsuliyyəti öz üzərlərinə götürmək barədə qərar qəbul ediblər.
Polkovnik ölkədə Konstitusiyanın qüvvəsini dayandırdığını, parlamentin buraxıldığını, sərhədlərin bağlanıldığını bəyan edib və hərbçiləri kazarmalarda qalmağa çağırıb. M. Dumbuya Milli Birlik və İnkişaf Komitəsinin lideri postunu tutduğunu bildirib. Qeyd edib ki, bu Komitənin məqsədi dövlətin qarşısında duran problemlərin həlli üçün ölkənin bütün vətəndaşlarını birləşdirməkdir.(marja)