Almaniyanın “Thyssenkrupp” konserni 2030-cu ilədək 5000 əməkdaşını ixtisar edəcək, daha 6 min nəfərin iş yerlərini dəyişəcək.
Yaponiyanın avtomobil istehsalçısı 9 min işçini ixtisar etməyi planlaşdırır
FED.az xəbər verir ki, konsern xərclərə qənaət məqsədilə ciddi struktur islahatlarına hazırlaşır.
Buna səbəb Çinlə rəqabət şəraitində ümumi olaraq Avropada polad istehsalçılarının vəziyyətinin pisləşməsidir. Konsern ixtisarlar və yerdəyişmələr yolu ilə əməkhaqqı xərclərini 10 faiz azaltmaq istəyir.
Enerji xərclərinin çoxluğu və Çinin təklif etdiyi ucuz məhsullar qarşısında rəqabətdə çətinlik çəkən konsern öz tərkibindən tədricən “Thyssenkrupp Steel” şirkətini çıxarmaq istəyir. Bundan başqa, yaxın illərdə konsern əsas və ənənəvi fəaliyyət sahəsi olan polad istehsalının da həcmini ildə 11,5 milyon tondan 9 milyon tona endirmək istəyir. (Azərtac)