Alman bağlayıcılar və sənaye emal sistemləri istehsalçısı Böllhoff İzmir Sərbəst Bölgəsində (İZBAŞ) fabrik açır.
Naxçıvan və Şərurda - Tekstil Fabrikləri Açılacaq
FED.az xəbər verir ki, 25 ölkədə 14 istehsal müəssisəsi ilə fəaliyyətini davam etdirən Almaniyanın ən böyük şirkətlərindən biri Böllhoff, İZBAŞ-da quraşdırma işlərinə başlayaraq 600 milyon lirəyə başa gələcək fabrikanın əsasını qoyub.
Fabrika gələn ilin iyun ayında istifadəyə veriləcək.
İZBAŞ-ın baş direktoru Gürsel Bahçıvancılar bildirib ki, fabrikdə külək enerjisindən avtomobilə, aviasiyadan ağ əşyaya qədər bir çox sektor üçün xüsusi məhsullar istehsal ediləcək və bu investisiya Türkiyə iqtisadiyyatına əlavə dəyər qatacaq. (Trend)