FED.az xəbər verir ki, Akkord şirkəti Texnoloq (Metal tökmə üzrə) vəzifəsinə vakansiya elan edib.
Namizədə dair tələblər:
• Sərbəst Azərbaycan dili
• Rus dili
• MS Office, Autocad
• Minimum 1 il metal tökmə sahəsində əmək fəaliyyəti olmalı
• Texniki ali təhsil (Sənaye, Maşınqayırma istehsalat arzu olunandır)
• Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək
• Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
• Komandada işləmək bacarığına sahib olmalıdır;
Vəzifələr:
Mühəndis-texnoloq mütərəqqi, iqtisadi cəhətdən əsaslandılmış texnoloji proseslərin işlənib hazırlanmasını, tətbiqini və müəssisənin məhsul buraxılışı rejimlərini işləyib hazırlamalı;
Xammala, materiala, əmək sərfinə qənaəti təşkil edir;
Yeni sınaq və sənaye qurğularının layihələrinin işlənib hazırlanmasını, qeyri-standart avadanlıqların, obyektlərin yenidən qurulması üzrə,və əmək tutumlu proseslərin mexanikləşdirilməsi üzrə işlərin təşkil edilməli;
Məhsulun, işlərin keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil etməli;
Avadanlıqların, texnoloji ləvazimat və alətlərin tətbiqi, avadanlıqlardan istifadə normativlərinə riayət edilməsini və s. təşkil edilməsi;
İstehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əməyin təşkilinin təkmilləşdirilməsində iştirak edir;
Yeni sistem və avadanlıqların qəbulu komissiyasının işində iştirak edir.Sifarişçilərlə birlikdə layihə üzrə texniki tapşırıqların işlənib hazırlanmasına, eskiz və işçi layihələrinin müvafiq qaydada hazırlanmasına nəzarət edir.
İstehsalatın texniki hazırlıq səviyyəsinin vaxtaşırı yüksəldilməsini, onun səmərəliliyinin artırılmasını, məhsul istehsalına və işlərə (xidmətlərə) maddi, maliyyə və əmək sərfinin azaldılmasını, istehsal fondlarından və bütün ehtiyatlardan səmərəli istifadə edilməsini təmin edir.
Xammala qoyulan texniki tələbləri, texniki sənədlərin işlənməsinə və tərtib edilməsinə dair əsasnamələri, təlimatları və digər rəhbəredici sənədləri idarə etməli.
İstehsalın təşkilinin təkmilləşdirilməsi, onun texnologiyası istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması , zay məhsul buraxılmasının qarşısının alınması təmin edir;
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Həftəlik 5 iş günü
Nahar ilə təmin edilmə
Yüksək əmək haqqı
Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Texnoloq (metal tökmə üzrə) yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər.