"Sənaye zonalarında mövcud biznes imkanları və investisiya mühiti sahibkarların marağının bu zonalara böyük olmasına gətirib çıxarır".
Hacıqabul Sənaye Məhəlləsində yeni müəssisə - 1500 YENİ İŞ YERİ AÇILIR
FED.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.
O qeyd edib ki, 2023-cü ilin 10 ayında 21 sahibkarlıq subyektinə sənaye zonalarının rezidentliyi statusu verilib:
"Bundan başqa hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sənaye zonalarının rezidenti olmaq istəyən sahibkarlar tərəfindən təqdim edilən bir çox layihəyə baxılır. Bu layihələrə mebel məhsullarının, inşaat materiallarının, müxtəlif təyinatlı dərman vasitələrinin, ayaqqabı və s məhsulların istehsalını göstərmək olar. Yaxın vaxtlarda onlara da sənaye zonalarının rezidentliyi statusunun verilməsi planlaşdırılır".