2024-cü il ərzində Ağdam Sənaye Parkının rezidenti “Veliev” MMC tərəfindən dəyəri 2,5 milyon manat təşkil edən layihə çərçivəsində 200 min kvardatmetr dəmir beton məmulatlarının istehsalı planlaşdırılır.
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılacaq - FOTOLAR
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında müəssisənin direktor müavini Ceyhun Vəliyev məlumat verib.
Onun sözlərinə görə, müəssisədə birinci mərhələdə 40 nəfər işlə təmin edilib. Sonrakı mərhələdə iş yerlərinin sayının 80-ə çatdırılması planlaşdırılır.
“Müəssisədə istehsal olunan məhsullar işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində istifadə edilir”,- C.Vəliyev əlavə edib.
Qeyd edək ki, müəssisə tərəfindən Parkın ərazisində “Betonist” markası adı altında “Prefabrik dəmir-beton məmulatları istehsalı” layihəsi həyata keçirilir. Layihə çərçivəsində körpülərin, sənaye və yaşayış binalarının tikintisi üçün gərginləşdirilmiş dəmir beton tirlər, kirişlər, fermalar, döşəmə panelləri, üfüqi su novları, dəmir beton dirəklər, müxtəlif növ hasarlar və yaşayış binalarının tikintisi üçün izolyasiyalı panellər və s. istehsal edilir. (Vergiler.az)