Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının ərazilərində müəssisələrin yaradılmasına ümumi investisiya qoyuluşu 200 milyon manat ($117,64 milyon) məbləğində qiymətləndirilir.
Azərbaycandakı sənaye zonalarında bu il 19 sahibkarlıq subyekti - Rezident Statusu Alıb
FED.az İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir ki, hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında 31 sahibkarlıq subyektinə rezidentlik və qeyri-rezidentlik statusu verilib.
“Bu sahibkarlıq subyektləri tərəfindən 2000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.
2021-ci il mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev “Ağdam Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Parka 190 hektar ərazi ayrılıb.
Prezident İlham Əliyev 2021-ci il oktyabrın 4-də “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Sənaye parkı 200 hektar ərazini əhatə edir.