“Construction” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Ağdam Sənaye Parkında bu il 5-dən çox müəssisə fəaliyyətə başlayacaq
İqtisadi Zonaların İnkişafı Agentliyindən FED.az-a verilən məlumata görə, yeni yaradılacaq müəssisədə yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklərin istehsalı layihəsi həyata keçiriləcək.
İnvestisiya dəyəri 2,9 milyon manat olan müəssisədə 40 nəfər işlə təmin olunacaq.
İstehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.