İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə - "Kontakt Kaspi" MMC-yə qeyri-rezident statusu verilib.
FED.az xəbər verir ki, şirkət Parkda beton məmulatların istehsalı müəssisəsi inşa edəcək.
İndiyə qədər Ağdam Sənaye Parkında 12 sahibkarlıq subyekti rezident, 4 sahibkarlıq subyekti isə qeyr-rezident kimi qeydiyyatdan keçib. (Report)