“Tabaterra” QSC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib və rezidentlərin sayı 17-yə çatıb.
İş adamları Ağdam Sənaye Parkına axışır - 161 MİLYON MANAT SƏRMAYƏ YATIRILACAQ
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.
Şirkət tərəfindən Sənaye Parkının ərazisində investisiya həcmi 40,5 milyon manat olan tütün məmulatlarının istehsalı müəssisəsi yaradılacaq və 300 nəfər işlə təmin ediləcək.
"Bu layihə Qarabağda iqtisadi fəallığın və məşğulluğun artmasına töhfə verəcək",- nazir qeyd edib.
“Tabaterra” QSC Sumqayıt Kimya Sənaye Parkının da rezidentidir və tütün məmulatlarının (siqaretlərin) istehsalını həyata keçirir.