Ağdam Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar ümumi investisiya dəyəri 60 mln. manatdan çox olan 15 layihə təqdim edib.
Eləcə də bax: Ağdam Sənaye Parkına 50 mln. manatdan çox - İNVESTİSİYA YATIRILACAQ
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.
Nazir bildirib ki, hazırda baxılan bu layihələrin reallaşdırılması nəticəsində 800 nəfər daimi işlə təmin ediləcək. (Apa)