Ağacdan sənayedə istifadəyə dair qanun layihəsi hazırlanır.
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yaşıllıqların mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
“Sənayedə istifadə üçün ağac anlayışı bizim qanunvericiliyimizdə yoxdur. Bununla bağlı yeni qanun layihəsi hazırlanır və razılaşdırma mərhələsindədir”, - deyə komitə sədri bildirib. (Apa)













